Erməni generalı Azərbaycana qarşı yeni müharibəyə çağırdı

Erməni generalı Azərbaycana qarşı yeni müharibəyə çağırdı “Hazırda bu yüksəkliklərin geri qaytarılması haqqında düşünmək lazımdır”

Erməni tərəfi strateji yüksəklikləri tərk edib və onları geri qaytarmaq lazımdır.

“Novosti Armeniya” xəbər verir ki, bu barədə Arkadi Ter-Tadevosyan (Kommandos) bəyan edib və faktiki olaraq Azərbaycan ilə yeni müharibəyə çağırıb.

General qeyd edib ki, hərbi komandanlıq lazım olan addımları atmayıb.

“İndi isə bunu ört-basdır etmək üçün bu yüksəkliklərin strateji əhəmiyyətə malik olmadığını deyirlər. Bu, çox mühüm strateji əhəmiyyətə malik yüksəkliklərdir. Hazırda bu yüksəkliklərin geri qaytarılması haqqında düşünmək lazımdır ki, elə həmin Talışda, Martakert (işğal olunmuş Ağdərə rayonu - red.) və Madagizdə insanlar rahat yaşaya bilsinlər. Təbii ki, bizim bəzi deputatlarımızın verdiyi bəyanatlar yuxarıda söylənənlərdən irəli gəlir, bu isə çox kədərlidir”, - Arkadi Ter-Tadevosyan vurğulayıb.

Ter-Tadevosyan həmçinin qeyd edib ki, Ermənistan Müdafiə Nazirliyi və rəhbərliyi itirilmiş mövqeləri geri qaytarmaq haqqında düşünməlidirlər.

“Biz bu yüksəkliklərə görə çox şey itirmişik və itirməkdə davam edəcəyik. Talışda yaşayan yoxdur. Qarabağın iri şəhəri – Martakert atəş altındadır. Təbii ki, insanların geri dönüb, orada rahat yaşamaları üçün bu yüksəklikləri geri qaytarmaq lazımdır”, - o deyib.

Oxşar xəbərlər