Rio Olimpiadasının iştirakçılarına 450 min prezervativ paylanacaq

Rio Olimpiadasının iştirakçılarına 450 min prezervativ paylanacaq “Onların sayı heç vaxt yetərli olmur!”

Rio-de-Janeyra Olimpiadasının təşkilatçıları, idmançılara 450 min prerzervativ paylamaq fikrindədirlər.

Bu barədə “Sports Illustrated” məlumat yayıb.

Qeyd edilir ki, bu 2021-ci il Londanda keçirilən Oyunlarda paylanılandan üç dəfə çoxdur.

Prezervativlərin 350 mini kişilərə, 100 mini isə qadınlara paylanılacaq.

“Veneranın kiçik köynəyi” adlı kontraseptivləri iyulun 24-də, Olimpiya kəndinin açılışından sonra paylamağa başlayacaqlar.

“Niyə bu qədər? Onların sayı heç vaxt yetərli olmur! Braziliya bütün dünyada nümunə olaraq AİDS-a qarşı profilaktika planına malikdir”, - təşkilat komitəsinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, bir çoxları idmançılardan nümunə götürür, bununla da atletlər “AİDS-lə mübarizədə mühüm rol oynayacaqlar”.

Oxşar xəbərlər