
Bu haqda "The New York Times" qəzeti ABŞ və Avropa ölkələrinin kəşfiyyat orqanlarına istinadən xəbər verirlər.
Qəzetin materialında yer alan informasiyaya görə, İŞİD kimi Əl-Qaidənin mənzil-qərargahı da hazırda Suriyaya köçürülüb.
Məlumatda Əl-Qaidənin Əfqanıstan və Pakistanın Yuxarı Vəziristan vilayətini tərk etməsi ABŞ və Pakistan ordularının bu təşkilata vurduqları ağır zərbələrlə əlaqələndirilir.
Kəşfiyyatın məlumatına görə, Əl-Qaidənin beynəlxalq əlaqələrdən cavabdeh lideri Əbdülhayr əl-Misri, təşkilat kiderinin müavini Abul Kassam və 11 sentyabr 2001-ci il Nyu-York terrorunun təşkilatçılarından biri Əbu Məhəmməd əl-Misri hazırda Suriyadadırlar.