SOCAR dizel yanacağı ixracını azaltdı

SOCAR dizel yanacağı ixracını azaltdı Təyyarə yanacağının ixracında 50% artım müşahidə edilib

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2016-cı ilin fevral ayında 52 min 99 ton dizel yanacağı (bir ildə 3,71% azalma), 24 min 19 ton təyyarə yanacağı (50% artım), 118 ton soba mazutu, 8 min 325 ton yüksək təzyiqli polietilen, 1 min 537 ton mütləqləşdirilmiş izopropil spirti, 6 min 575 ton maye piroliz qətranı, 2 min 926 ton propilen və 677 ton butilen butadien fraksiyası ixrac edib.

Bu barədə şirkətdən bildirilib.

Ümumilikdə, 2016-cı ilin yanvar-fevral ayları ərzində 125 min 923 ton dizel yanacağı (ötən ilin 2 ayı ilə müqayisədə 24,24%, azalma), 65 min 753 ton təyyarə yanacağı, 118 ton soba mazutu, 15 min 403 yüksək təzyiqli polietilen, 2 min 346 ton mütləqləşdirilmiş izopropil spirti, 9 min 102 ton maye piroliz qətranı, 6 min 23 ton propilen və 677 ton butilen butaduien fraksiyası ixrac edilib.

2016-cı ilin fevral ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 358,67 dollar, təyyarə yanacağının - 314,88 dollar, dizel yanacağının - 292,81 dollar, 1% kükürdlü mazutun qiyməti 141,88 dollar təşkil edib.

Oxşar xəbərlər