Siyəzəndə məktəbdə kütləvi zəhərlənmə – FOTO

Siyəzəndə məktəbdə kütləvi zəhərlənmə – FOTO Şagirdlərin mədə-bağırsağı yuyulub

Azərbaycanda məktəblilər arasında kütləvi zəhərlənmə olub.

ANS PRESS-in məlumatına görə, hadisə Siyəzən rayonunda baş verib.

Bu gün gündüz saat 12 radələrində Siyəzən rayonunun Zarat kənd orta məktəbində 6 nəfər məktəbli qəbul etdiyi şirniyyatdan zəhərlənib və zəhərlənmə diaqnozu ilə regional müalicə və diaqnostika mərkəzinə çatdırılıb.

İlkin müayinə zamanı məlum olub ki, məktəblilər kənd mağazasından aldıqları keksdən zəhərləniblər.

Mərkəzin həkim pediatrı Kəmalə Cavadovanın sözlərinə görə, şagirdlərin mədə-bağırsağı yuyulub, ilkin yardımlar olunub. "Bütün tədbirlər görülür, bəziləri evə yazılırlar".

Hüquq-mühafizə orqanları da hadisənin başvermə səbəbini, şirniyyatın gətirilmə mənbəyini və keyfiyyətini araşdırmağa başlayıb.

Siyəzəndə məktəbdə kütləvi zəhərlənmə – FOTO
Siyəzəndə məktəbdə kütləvi zəhərlənmə – FOTO
Siyəzəndə məktəbdə kütləvi zəhərlənmə – FOTO

Oxşar xəbərlər