Neftin qiyməti 39 dolları keçdi

Neftin qiyməti 39 dolları keçdi Son rəqəmlər

Martın 16-da hərracların gedişinə görə, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 39,17 dollar olub.

qanuninfo.az Bloomberg-ə istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 36,90 dollar təşkil edib.

Qeyd edək ki, martın 15-də hərracların nəticələrinə görə, WTI markalı yüngül neftin aprel fyuçerslərinin qiyməti 2,12% - 36,39 dollaradək azalmışdı.

Bundan başqa, Brent markalı neftin aprel fyuçerslərinin qiyməti isə 1,97% azalaraq 38,75 dollara çatmışdı.

Oxşar xəbərlər