Şəhid əsgər torpağa tapşırıldı

Şəhid əsgər torpağa tapşırıldı Yaylım atəşi açılıb

Ermənilərin hücumu nəticəsində şəhid olan əsgər, 1996-cı il təvəllüdlü Firdovsi Əliş oğlu Bağırzadə bu gün anadan olduğu Masallı rayonunun Güllütəpə kəndində torpağa tapşırılıb.

APA-nın cənub bürosunun xəbərinə görə, dəfn mərasimində rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının nümayəndələri, hərbçilər, kənd sakinləri iştirak edib.

Yaylım atəşi açılıb, şəhid əsgər torpağa tapşırılıb.

Oxşar xəbərlər