ABŞ-da müsəlman qadınlar təyyarədən endirildilər – VİDEO

ABŞ-da müsəlman qadınlar təyyarədən endirildilər – VİDEO Sərnişinlərdən biri baş verənləri kameraya çəkib

İki hicablı müsəlman qadın təyyarədən “stüardessaya gözlərini çəkmədən baxdıqları üçün” endirilib.

Bu barədə “The Sun” məlumat yayıb.

Nəşrin məlumatına görə, hadisə “JetBlue” aviaşirkətinə məxsus Bostondan Los-Ancelesə uçan təyyarədə baş verib. Sərnişinlərdən biri baş verənləri kameraya çəkib, daha sonra isə YouTube-də paylaşıb.

Aviaşirkətin nümayəndələri müsəlman qadınların təyyarədən dini mənsubiyyətə görə endirilmədiklərini bildirib. Onların sözlərinə görə, heyət təhlükəsizlik prosedurlarına uyğun hərəkət edib.

Məlumata görə, polis ilə qısa dialoqdan sonra həri iki müsəlman qadın buraxılıb.


Oxşar xəbərlər