Azərbaycanda 13 rüşvətxor hakim cəzalandırıldı

Azərbaycanda 13 rüşvətxor hakim cəzalandırıldı İntizam icraatları başlanılıb

Ötən il korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə 13 hakim intizam məsuliyyətinə cəlb edilib.

Bu barədə Məhkəmə-Hüquq Şurasında (MHŞ) martın 1-də keçirilən iclasda bildirilib.

Bundan başqa, korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə 3 hakim barədə qərar çıxarılıb, Balakən məhkəməsinin hakimi Rafiq Kazımovun iş yeri dəyişdirilib, Yasamal rayon məhkəməsinin hakimi Akşin Əfəndiyevə və Ucar məhkəməsinin hakimi Çingiz İsgəndərova töhmət verilib.

Qanunvericiliyin tələblərini pozan 4 müxtəlif məhkəmə hakimləri barədə intizam icraatları başlanılıb.

Oxşar xəbərlər