Şirkətdə işə düzəlmək üçün 1100 manat verdi və aldadıldı

Şirkətdə işə düzəlmək üçün 1100 manat verdi və aldadıldı Salyan rayon sakini üzləşdiyi dələduzluq əməli ilə bağlı polisə müraciət edib

Lent.az xəbər verir ki, Arbatan kənd sakini, 1986-cı il təvəllüdlü Əzizov Dəyanət Məmmədhəsən oğlu müraciət edərək bildirib ki, tanışı onun 1100 manatını mənimsəyib. Şikayətçi qeyd edib ki, keçən ilin 11 noyabr tarixində Dadaş adlı şəxsə onu şirkətlərdən birində işə düzəltməsi üçün pul verib.

Lakin həmin şəxs vədinə əməl etməyib və pulu geri qaytarmayıb.

Araşdırma aparılır.

Oxşar xəbərlər