Ərindən boşanıb Bakıya qaçan gəlin tapıldı – FOTO

Ərindən boşanıb Bakıya qaçan gəlin tapıldı – FOTO Türkanəni son dəfə metronun “İnşaatçılar” stansiyasında görüblər

Bərdədə evdən çıxaraq geri qayıtmayan gəlin Türkanə Məmmədova tapılıb.

Bu barədə Axar.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

20 yaşlı Türkanənin sağ-salamat olduğu bildirilib və evdən niyə qaçdığı, hansı şəraitdə tapıldığı açıqlanmayıb.

O, bir müddət əvvəl ərindən boşanıb.

Onun keçmiş əri Rusiyada yaşayır. Türkanəni son dəfə metronun “İnşaatçılar” stansiyasında görüblər. Lakin qız qaçaraq yenə gözdən itib.

Xatırladaq ki, o bir neçə gün əvvəl azyaşlı övladını anası ilə tək qoyub evdən çıxmış, geri qayıtmamışdı.

Ərindən boşanıb Bakıya qaçan gəlin tapıldı – FOTO

Oxşar xəbərlər