“Baku Electronics” fəaliyyətini dayandırdı - Dollara görə

“Baku Electronics” fəaliyyətini dayandırdı - Dollara görə Azərbaycanda dollar və avronun kəskin bahalaşması Bakıda bir sıra ticarət və iaşə obyektlərinin fəaliyyətinin dayandırılması ilə nəticələnib

Hazırda “Baku Electronics” metronun “İnşaatçılar” stansiyası yaxınlığında mağazası qapılarını müştərilərin üzünə bağlayıb. Belə ki, hazırda mağazada nəğd və kredit üzrə satış aparılmır.

Əməkdaşımızla söhbətdə mağazada satıcısı bildirib ki, hazırda bunun nə vaxta kimi davam edəcəyi özləridə bilmirlər.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin dekabrın 21-də üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərar manatın ABŞ dollarına qarşı kəskin ucuzlaşmasına səbəb olub.

Məlumata əsasən, bu gün dolların rəsmi məzənnəsi dekabrın 18-i ilə müqayisədə 47,63% və ya 0,501 manat artaraq 1,5500 manat olub.

Oxşar xəbərlər