Bəzi siqaretlər ucuzlaşdı - FOTO

Bəzi siqaretlər ucuzlaşdı - FOTO “Bu siqaretlər ölkəmizdə istehsal olunur”

Bu gün paytaxt mağazalarında bəzi siqaretlərin ucuzlaşması müşahidə olunub. Belə ki, manatın devalvasiyasından sonrakı bahalaşma zamanı 1 manat 80 qəpiyə satılan “More” siqaretinin qutusu əvvəlki qiymətinə -1 manat 20 qəpiyə düşüb. Satıcılar digər tütün məhsullarının qiymətində də ucuzlaşma olacağını istisna etmirlər.

Musavat.com xəbər verir ki, onların sözlərinə görə, “More” siqaretinin qiyməti süni şəkildə artırılmışdı:

““More” siqaretləri ölkəmizdə istehsal olunur və iki növdə buraxılır, lakin eyni qiymətə təklif edilir. Manatın dəyərdən düşməsindən sonra bu markalı siqaretin qutusu 1 manat 20 qəpikdən 1 manat 80 qəpiyə qalxdı. Düşünürük ki, ölkə başçısının süni qiymətlə bağlı çıxışından sonra sahibkarlar süni qiymət artımından çəkiniblər. İki gündür ki, “More” siqaretlərini 1 manat 20 qəpikdən satırıq”.

Bəzi satıcılar isə “More” siqaretlərinin satışının ucuzlaşmasının bir kompaniya olduğunu bildiriblər.

Bəzi siqaretlər ucuzlaşdı - FOTO
Bəzi siqaretlər ucuzlaşdı - FOTO
Bəzi siqaretlər ucuzlaşdı - FOTO

Oxşar xəbərlər