Azərbaycanım mənim!Kimləri yetişdirməmişdi ki bu torpaq!Cavanşirlər,Koroğlular,Nizamilər,Füzulilər yetişdirmişdi o! Deyirlər,dağlar torpağın dayaq nöqtələridir.Sosial sarsıntılarla dolu,tufanlı tarix yollarında öz xalqına dayaq olan dahi insanlar da dağlara bənzərlər.-H.Əliyev kimi.Heydər Əliyev Azərbaycanın ye-tişdirdiyi nadir şəxsiyyətlərdən idi.1923-cü il,mayın 10-da Azər-baycanın ən qədim diyarı olan Naxçıvan şəhərində dünyaya gəl-mişdi.Kim deyə bilərdi ki,adi bir
dəmiryolçu ailəsində dünyaya gələn bir uşaq sonralar dağılmaqda olan dövləti yenidən dirçəldəcək,ona yeni həyat bəxş edərək gələcəyin böyük liderinə çevriləcək?!
Dərin məhəbbətlə sevirdi Azərbaycanı.Bəlkə də heç bir lider xalqını onun qədər sevməmişdi.”Nə qədər Azərbaycan var,mən də varam.Mən isə Azərbaycanda əbədi
olacağam!”-deyərdi hər za-man.Hətta bir dəfə S.Vurğunun “Azərbaycan”şeirindən bir bənd deyərkən kövrəlir.Dəfələrlə Azərbaycan xalqı qarşısında çıxış et-məsinə baxmayaraq,hələ heç kəs onun kövrəldiyinin şahidi olma-mışdı.O,məhz Azərbaycana həsr olunmuş şeiri deyərkən ilk dəfə kövrəlir...
Ötən illərə nəzər salanda Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq.H.Əliyev həqiqi dirçəlişə,intibaha nail olmuşdu.Elə bir sahə yox idi ki,onun əməyi olmasın.Məşhur fransız mütəfəkkiri Vol-terin “Dövlətin xilası üçün bir dahi insan kifayətdir” sözləri haqlı olaraq H.Əliyevə aid oluna bilər. Uşaqdan böyüyə hər kəsin sevimlisi,-“Heydər baba”sı idi o.Uşaqları sonsuz məhəbbətlə sevən,onlara böyük diqqət və qayğı göstərən ulu Öndər hər bir uşağın sağlamlığı,onların yaxşı təhsil və təlim-tərbiyə alması üçün əlindən gələni əsirgəmirdi.Dövlət gənclər siyasəti H.Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk illərdən başlayaraq həmişə aparıcı istiqamətlərdən biri olmuşdur.Azərbayca-nın tərəqqisində gənclərin rolunu danılmaz hesab edən ümummilli liderin sayəsində minlərlə azərbaycanlı gənc nüfuzlu ali məktəblərə təhsil almağa göndərilmişdi. “Azərbaycanın bugünkü gələcəyi bütövlükdə sağlam düşüncəli gənclərdir”-sözləri hər kəsin həyat devizinə çevrilmişdir.Onun diqqət yetirdiyi mühüm sahələrdən biri də gənclərlə iş olmuşdur.Hakimiyyətə gəldiyi ilk illərdə Gənclər və İdman
Nazirliyini yaratdı.1996-cı ilin 2 fevralında Gənclərin birinci forumu keçirildi.Ümumilli liderin imzaladığı fərmana əsasən həmin tarix “Azərbaycan gəncləri günü” olaraq qeyd
olunur.
Hələ hakimiyyətə gəldiyi ilk illərdə müstəqil Azərbaycan Respublikasınım Konstitusiyasının hazırlanaraq qəbulunu lazım bilmişdi.1995-ci ilin 12 noyabrında
Konstitusiyanın qəbul edilməsi,Konstitusiya məhkəməsinin fəaliyyətə başlaması,Azərbaycanda ölüm cəzasının ləğv edilməsi məhz onun adı ilə bağlıdır.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra hər sahədə olduğu kimi,mədəniyyət sahəsində də böyük işlər görülmüş-dür.Mədəni irsimizin qorunub
saxlanılmasında,inkişaf etdirilməsində, onun geniş təbliğ edilməsində,dünya miqyasında şöhrət tapmasında H.Əliyevin misilsiz xidmətləri vardır. Ədəbiyyat, teatr,kino,
musiqi,rəssamlıq və bir çox başqa sahələrdəki inkişaf ilk əvvəl ulu rəhbərin diqqət vəqayğısının nəticəsində mümkün olmuşdur.O,təkcə mədəniyyətə qayğı göstərməklə
kifayətlənmirdi,hər bir sənət sahibi ilə məhz o sənətin mahir bilicisi kimi söhbət edirdi.Azərbaycanda ev muzeylərinin yaradılmasının təşəbbüskarı da məhz H.Əliyevdir.
Vaxt qıtlığına,sıx iş qrafikinə baxmayaraq,H.Əliyev öz ailəsini də unutmurdu.Onun ailəyəqayğısı bir dövlət başçısı kimi millətə qayğısının davamı idi.Adının nəvəsinə qoyulması isə Heydər Əliyevə həyat və fəaliyyət üçün sanki əlavə güc verirdi.Onun dövlət idarəçiliyindəki uğurları ailə başçısıtək qazandığı uğurlardan irəli gəlirdi.Bu gün müstəqil Azərbaycan ulu Öndərin layiqli davamçısı olan İlham Əliyev tərəfindən layiqincə idarə olunur.2020-ci il sentyabrın 27-də başlanan 44 günlük vətən müharibəsi nəticəsində Azərbaycan 30 ilə yaxın işğal altında olan ərazilərini düşmən tapdağından xilas etdi.Ulu rəhbərin ən ümdə arzusu da bu idi-torpaqlarımızı azad etmək,üçrəngli bayrağımızı orada dalğalandırmaq. Bu gün üçrəngli bayrağımız Şuşada,Ağdamda,Kəlbəcərdə,Laçında dalğalanır. Tarixdə adı dövlətçiliyin rəmzinə çevrilən çox az siyasi liderə rast gəlmək mümkündür.Haqqında deyilən heç bir söz ulu Öndərin böyüklüyünü ifadə etməyə yetməz.Nəyazıq ki,həyatın acı qanunları da varmış,heç kəs fələyin əlindən qurtula bilməzmiş.Əcəl bir dahini sevdiyi xalqından ayırdı.2003-cü ilin 12 dekabrında ulu rəhbərin böyük arzularla döyünən qəlbi əbədi susdu....Bu gün vətənimizin hər bir guşəsində onun abidəsi ucalır.Onun ən böyük abidəsi isə doğma xalqının ürəyindədir.Dövlət başçısı cənab İlham Əliyev tərəfindən imzalanmış fərmana əsasən,2023-cü il Azərbaycanda “HEYDƏR ƏLİYEV İLİ”elan olunmuşdur.
Ülkər Rızaquliyeva