
Fillips hazırda incəsənətlə məşğul olur, rəsm əsərləri çəkir. Onun şəkilləri min dollardan satışa çıxarılır. Fillips bildirib ki, ona kompensasiya ödənilib-ödənilməyəcəyindən asılı olmayaraq, məsum hesab edildiyi üçün özünü yaxşı hiss edəcək.
1971-ci ildə Fillipsi qətldə ittiham edərək ömürlük həbs cəzasına məhkum ediblər. Yalnız 46 il sonra, 2018-ci ilin mart ayında Riçard Fillipsin müqəssir olmadığı sübut olunub.(bizimyol.info)