
Qohum var ki, almazdan da dəyərli,
Dar günündə imdadına çatacaq.
Qohum da var, ilandan da zəhərli,
Əqrəb təki hər an səni çalacaq.
Qardaş var ki, canı sanar qardaşı,
Xəstə düşsə heç qurumaz göz yaşı,
Qardaş da var, saymaz qohum-qardaşı,
Qardaşın da malına göz salacaq.
Adam var ki, ləyaqətdi pul- varı,
Qismətini aclə bölər tən yarı,
Adam da var, puldu onun dost- yarı,
Şərəfini var- dövlətə satacaq.
Kişi var ki, heç vaxt öyməz özünü,
Zina görsə həmən yumar gözünü,
Kişi də var, fələk yusun üzünü,
Namusunu, qeyrətini atacaq.
Şair var ki, eşq odunda yanıbdı,
Qaraxan tək haqq adını anıbdı,
Şair də var, şahıardan ad alıbdı,
Tərif yazıb, yenə bir pay alacaq.