İlham Əliyev "GlobE Network"un Altıncı Plenar İclasın iştirakçılarına müraciət edib

İlham Əliyev Prezident İlham Əliyev Bakıda keçirilən BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsinin - "GlobE Network"un Altıncı Plenar İclasının iştirakçılarına müraciət ünvanlayıb.

Müraciəti Azərbaycanın Baş prokuroru Kamran Əliyev səsləndirib.

Tədbirdə 92 ölkədən 120-dən çox dövlət qurumu, o cümlədən 21 prokurorluq, 53 müstəqil antikorrupsiya qurumu və 16 beynəlxalq təşkilatdan ümumilikdə 300-dən artıq nümayəndə fiziki, 60-dan artıq iştirakçı isə onlayn formatda iştirak edir.

Panellərdə, sessiya və paralel tədbirlərdə 100-dən artıq çıxış planlaşdırılır.

Oxşar xəbərlər