Qaraxan Əkbəroğlu

Qaraxan Əkbəroğlu DEYƏM

Çoxalıbdı cızma-qara yazanlar,
Utanıram özümə yazar deyəm.
Düşünürəm bəlkə dünyam dəyişib,
Baxıram ki, mən həminki yerdəyəm.

Görürəm ki, fikrim doğru yöndədir,
Əlim göydə, ayaqlarım yerdədir.
Hər kəs bilir özü hansı yerdədir,
Nə haqqım var başqasına yer deyəm.

Ömür boyu üstüm tufan, qar olub,
Tanrı özü dar günümdə yar olub,
Geniş dünya nədən mənə dar olub,
Kaş biləydim orda hansı endəyəm.

Mən bu sirrdən heç baş aça bilmədim,
Dağlar var ki, hələ aşa bilmədim,
Adamlar var, ayaqlaşa bilmədim,
Nə geridə, nədəki çox öndəyəm.

Ortalığa fitnə-fəsad saldılar,
Qaraxanı pula görə satdılar,
Bir şairi yad diyara atdılar,
Heç bilmirəm necə geri dön deyəm.

Oxşar xəbərlər