
Xatırladaq ki, Yalçın Qocayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirilib. Y.Qocayev hadisə yerində ölüb. Hadisə ilə bağlı 3 nəfər tutulub.
Qafqazinfo" həmin şeiri oxuculara təqdim edir:
Oğluma sonuncu layla:
Mən səni qorudum uşaqlığından,
Mən səni qorudum cavanlığından,
Qorudum səni mən baba olunca
Demirəm izlədim, gəzdim dalınca...
Bu sözü atalar deyib əzəldən:
"Ac qarın özünü verər qılınca”.
Bəlkə yaxşı ata ola bilmədim
Səni öz əlindən ala bilmədim.
Sən öldün, amma mən ölə bilmədim.
İndi yaşayıram qalan vaxtımı.
Yaşamaq...Yəni bu yaşamaqdımı?...