Laçın şəhəri 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” olmuşdur

Laçın şəhəri 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” olmuşdur
923-cü ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın adlandırılıb və şəhər statusu alıb, Laçın rayonu isə 1930-cu ildə inzibati ərazi vahidi statusu alıb.Gözəl təbiətə və əlverişli mövqeyə malikdir.
Böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.
Vətən müharibəsində qalib gəldikdən sonra Qarabağda, o cümlədən Laçın şəhərində bir sıra quruculuq işləri aparılmağa başladı. Dəfələrlə Prezidentimiz bura səfərlər etmışdir.
İlk səfərində Güləbird kəndində Azərbaycan bayrağının ucaldılması, su elektrik stansiyasının açılışı olmuşdur. Növbəti səfərlərində Laçın şəhərinin Baş planın təqdimatı,Laçın şəhərinə köçmüş sakinlərlə görüş baş tutmuşdur. Genişmiqyaslı quruculuq işləri aparılmışdır. Bütövlükdə Laçında 1000-dən çox yaşayış evi tikilib və bərpa edilib. Laçın şəhərində 626 fərdi ev, çoxmənzilli binada 138 mənzil, 87 qeyri-yaşayış sahəsi istifadəyə verilib. Hazırda şəhərdə 89 fərdi ev, 28 çoxmənzilli bina, 26 qeyri-yaşayış sahəsinin tikinti və bərpası davam edir. Eyni zamanda 237 fərdi ev və 29 çoxmənzilli binanın (436 mənzil) tikintisi planlaşdırılır.
Laçın rayon 2 nömrəli tam orta məktəbinin 510 şagird yeri var, məktəbin üçmərtəbəli binasının sahəsi 4550 kvadratmetrdir. Binada 24 yerlik doqquz, 18 yerlik beş və 12 yerlik dörd sinif otağı, 1 informatika, 1 texnologiya kabineti, 3 laboratoriya, 18 yerlik məktəbəhazırlıq otağı və 24 yerlik hərbi hazırlıq kabineti var. 2023-cü ildə Laçın rayonunun 176 şagird yerlik Zabux kənd tam orta məktəbi fəaliyyətə başlayıb.Heyvandarlıq, arıçılıq və balıqçılığın inkişaf etməkdədir.
İl-ildən turistlərin marağı bu bölgəyə artmışdır.
2023-cü ilin 28 may tarixindən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib. Laçın şəhəri 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” olmuşdur.


Bakıxanov qəsəbəsi, 72 nömrəli məktəb-liseyin
rus dili müəllimi Məqsədi Qəniyeva

Oxşar xəbərlər