Çempionlar Liqası: "Qarabağ"ın pley-off oyunlarının başlama saatı bəlli olub

Çempionlar Liqası: "Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki oyunlarının başlama saatı bəlli olub.

UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan çempionunun avqustun 19-da səfərdə Macarıstan təmsilçisi "Ferentsvaroş"a qarşı keçirəcəyi ilk matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq qarşılaşma isə saat 20:45-də başlayacaq.

Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyanın "Şkendiya", "Ferentsvaroş" isə Bolqarıstanın "Ludoqorets" kollektivini mübarizədən kənarlaşdırıb.

Oxşar xəbərlər