
Belə insanlardan biri olaraq hazırda Azərbaycan respublikasının Baş nazirinin müavini, tarif şurasının sədri eyni zamanda müxtəlif vəzifələrdə çalışmış eyni zamanda cənab prezident İlham Əliyevə sadiq biri kimi Şahin Abdulla oğlu Mustafayevi misal göstərmək olar.
Şahin müəllimlə mən bir gənc kimi dövlətə bağlı olan bir gənc kimi onunla müxtəlif dövlət tədbirlərində rəsmi tədbirlərdə görüşlərdə iştirak etmişəm, hətta onun canlı şəkildə çıxışlarını dinləmişəm, o elə sərbəst rahat intellektual effektiv şəkildə həmçinin maraqlı çıxış edirdi ki onu dinlədikcə dinləmək istəyirdim.
Şahin müəllimin atası Abdulla kişini də tanıyırdım.
Sual yarana bilərki hardan tanıyırdız?
Cavab olaraq bildirmək istəyirəm ki mən Fərid Fərid Şərifov 27 yaşım var, Abdulla kişi Qazax rayonunun Qaymaqlı kəndində yaşayırdı.
Mən özüm əslim Qazax rayonunun Kəmərli kəndindəndir el arasında incə dərəsi adlanır yəni burada Kəmərli Qaymaqlı Aslanbəyli daxildir.
Abdulla kişi Qazaxın Qaymaqlı kəndində çox vaxt nərd oynayırdı deyib gülən səmimi sadə bir insan idi, bizim kəmərli kəndlə qaymaqlı kəndin arası çox yaxındır günlərin bir günü rayonda idim qaymaqlıdan keçirdik Abdulla kişini görən kimi tanıdım yaxınlaşıb ona Salam verdim hal əhval tutdum Abdulla Baba deyərək oda məni öpdü qucaqladı dedi gəl otur ona dedim ki siz Şahin müəllimin atasısız dediki bəli cavan oğlan amma mən səni tanımadım dedimki baba adım Fərid mən Bakıda oluram Bakıda böyümüşəm əslim buralıdı mənim, gəldim Qazaxa yoldan keçirdim sizi görən kimi tanıdım, daha sonra Abdulla Baba ilə mənə çay verdilər çay içdik sonra mənə dediki mən həmişə buralarda oluram elə nərd oynayıram günümü beləcə keçirdirəm, nə vaxt gəlsən burada oluram, gəl lap evimizə gedək oturaq sən yaxşı uşaqsan dedi Abdulla Baba, üzündən nur yağırdı, yardımsevər bir insan möhtəşəm xarakterli biri idi.
İndi isə Abdulla Baba həyatda yoxdur 3-4 ildirki yoxdur həyatda, Qazaxa gəndə qaymaqlıdan keçəndə Abdulla Babanı orada nərd oynayanların içində görmürəm görə bilmirəm, çünki o 89 yaşında dünyasını dəyişib.
Bu fikirləri YAP üzvü gənc fəal Azərbaycan respublikasının tanınmış fəal gənci Fərid Şərifov saytımıza açıqlama verərkən bildirib
Şahin müəllimlə bir gənc kimi vətənə dövlətə xidmət yolunda bol bol uğurlar arzulayıram, Abdulla Babaya isə allahdan rəhmət ailəsinə səbr diləyirəm.
Hörmətlə Fərid Şərifov
