
manset.az məsələ ilə bağlı sabiq Baş nazirlə əlaqə saxlayıb. Artur Rasizadə bildirib ki, səhhətindəki problemlərlə əlaqədar mərasimə qatıla bilməyib:
"Mən güclə beş addım atıram. Qan təzyiqim yüksəkdir, mənim üçün bu istilərdə çölə çıxmaq çox çətindir. Mən onun həyat yoldaşıyla danışdım, baş sağlığı verdim. Səhhətimlə bağlı getməmişəm. Mənim Elçin Əfəndiyevlə çox yaxşı münasibətim olub. Onun kiçik qızıyla nəvəm rəfiqədi. Yanıma da gəlmişdilər. Bu cür iddialar əsassızdır, boş, axmaq söhbətlərdir. Jurnalistlərin bir insafı, vicdanı olsun da. İnsanıq, xəstə ola bilərik, 90 yaşım var. Başqa nə ola bilər ki? Mənim yeganə qızım da, nəvəm də o mərasimdə iştirak edib. Mərasimə əkil də göndərmişəm".
Qeyd edək ki, Elçin Əfəndiyev 1995-ci ildən 2018-ci ilə qədər Azərbaycanın Baş nazirinin müavini vəzifəsində çalışıb. Bu dövrdə ölkənin sabiq Baş naziri Artur Rasizadə ilə birgə işləyib.