
Modern.az-ın məlumatına görə, Qurumdan bildirilir ki, avqustun 5-də Kəlbəcər rayonu ərazisində Azərbaycan Ordusunun 5 hərbi qulluqçusunun mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları faktı üzrə Kəlbəcər hərbi prokurorluğunda araşdırma aparılır.
***
10:56
Müdafiə Nazirliyi Kəlbəcərdəki mina partlayışı barədə məlumat yayıb.
Modern.az-ın məlumatına görə, Nazirlikdən bildirilib ki, avqustun 5-i saat 19:05 radələrində Kəlbəcər rayonu ərazisində təminat tapşırığı yerinə yetirərkən hərbi yük avtomobili Ermənistan silahlı qüvvələri tərəfindən basdırılmış minaya düşüb.
Baş vermiş partlayış nəticəsində xəsarət alan Azərbaycan Ordusunun dörd nəfər hərbi qulluqçusu yaxınlıqdakı tibb müəssisəsinə təxliyə edilib.
Onların həyatları üçün təhlükə yoxdur. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bundan əvvəl mətbuatda 5 hərbçinin minaya düşdüyü barədə xəbərlər yayılıb.