
Manset.az xəbər verir ki, “Bakı Metropoliteni”nin sədri Vüsal Aslanovun müvafiq əmri ilə Nəbi Yusif oğlu Məmmədov “Bakımetrolayihə” İnstitutunun rəisi vəzifəsinə təyin olunub.
Bildirilib ki, 1987-ci il təvəllüdlü N.Məmmədov memarlıq üzrə fəlsəfə doktorudur, daha əvvəl neft sektorunda müxtəlif vəzifələrdə çalışıb.