Terrorçunun telefonundan Birminhemin şəkilləri çıxdı

Terrorçunun telefonundan Birminhemin şəkilləri çıxdı Paris terrorunun təşkilatçısı Əbdülhəmid Abaudun smartfonundan İngiltərənin Birminhem şəhərinin şəkilləri tapılıb

Qeyd edək ki, Abaud özü keçən ay keçirilən xüsusi əməliyyat zamanı öldürülüb.

Qəzet yazır ki, miqyasına görə İngiltərənin ikinnci böyük şəhəri olan Birminhem terrorçuların növbəti hədəfi ola bilərmiş. O da istisna olunmur ki, bu şəkilləri Abaud özü, Parisdəki partlayışlardan öncə Birminhemdə olduğu zaman çəkib.

The Wall Street Journal qəzetinin yazdığına görə, Birminhemdə hazırda Abaudla əlaqəsi olduğu güman edilən bir neçə şəxs var.

Şəhərdə və onun ətraf rayonlarında terrorçu qrupların bir neçə özəyinin olduğu da güman olunur. Suriyada terrorçuların bölməsinə rəhbərlik edən Rabah Taharinin də o özəklərdən birinin üzvü olduğu bildirilir. (musavat)

Oxşar xəbərlər