
Bu barədə “The Atlantic” nəşri yazıb. Qeyd olunub ki, əvvəllər Pekin, Moskva və Tehranı Birləşmiş Ştatlara qarşı ortaq düşmənçilik birləşdirirdi. Lakin indi bu ittifaq zəifləməyə başlayıb.
Məqalədə qeyd edilir ki, Çin İrana fəal dəstək verməyib və diplomatik bəyanatlarla kifayətlənib. Hətta Hörmüz boğazının blokadasının düzgün addım olmadığını da dolayısı ilə bildirib. Bu isə onu göstərir ki, Pekin öz maraqları risk altına düşdükdə sabitlikdən və Qərblə münasibətlərdən imtina etməyə hazır deyil.
“The Atlantic” belə nəticəyə gəlir ki, Çinin Rusiya və İranla tərəfdaşlığı göründüyü qədər möhkəm olmaya bilər. Bu vəziyyət Qərb üçün ehtiyatlı nikbinlik üçün əsas yaradır.