Azərbaycan Rusiyanı Qarabağdan çıxarmağa hazırlaşır: Bakının 2 rıçağı

Azərbaycan Rusiyanı Qarabağdan çıxarmağa hazırlaşır: Bakının 2 rıçağı Azərbaycan hökuməti Ermənistanla ABŞ və Aİ-nin vasitəçiliyi ilə aparılan danışıqları müsbət qiymətləndirir, Rusiya Federasiyasının vasitəçilik səyləri barədə getdikcə daha çox mənfi fikirlər səsləndirir.

Bu barədə beynəlxalq “Eurasianet” informasiya saytının nəşrində qeyd olunur.

Vurğulanır ki, Azərbaycan “uzun müddətdir ki, Rusiya Federasiyasını qanunsuz erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılmasını təmin edə bilməməkdə ittiham edir”.

“Mövcud diskurs və son bəyanatlar göstərir ki, Azərbaycan Rusiyanın Qarabağdan çıxmasını təmin etməyə çalışır”, - nəşr qeyd edir.

Məqalədə bildirilir ki, buna nail olmaq üçün Bakının 2 rıçağı var:

- “Azərbaycandan keçən Şimal-Cənub dəhlizinin tam şəkildə həyata keçirilməsi, Moskva üçün həmişəkindən daha aktualdır. Azərbaycan üçün Şimal-Cənub dəhlizi təkcə iqtisadi layihə deyil, həm də siyasi rıçaqdır”;

- “Rusiya üçün dövlətlərin anti-Rusiya cəbhəsinə qoşulmaması vacibdir. Azərbaycan Ukraynanı dəstəkləyir, humanitar yardım göstərir, lakin anti-Rusiya cəbhəsinə qoşulmur. Belə olan halda Azərbaycanın “neytrallığı” Moskva üçün həmişəkindən daha vacibdir”.

Oxşar xəbərlər