Stansiyanın “8 Noyabr” adını daşıması simvolik məna daşıyır – bu tarix Azərbaycanın şanlı Zəfərinin təcəssümüdür

Stansiyanın “8 Noyabr” adını daşıması simvolik məna daşıyır – bu tarix Azərbaycanın şanlı Zəfərinin təcəssümüdür İyunun 24-də Mingəçevirdə Azərbaycanın ən iri enerji layihələrindən biri – “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimi keçirildi. Cənab prezident İlham Əliyevin iştirakı ilə baş tutan tədbirdə İtaliya və Çin nümayəndələrinin – İtaliyanın naziri Adolfo Urso, “Ansaldo Energia” şirkətinin baş direktoru Fabrizio Fabbri, “Dongfang” şirkətinin rəhbəri Çen Qianqın və “AzərEnerji” rəhbərliyinin iştirakı bu layihənin beynəlxalq tərəfdaşlıq müstəvisində mühüm əhəmiyyətə malik olduğunu göstərdi.
Bu stansiya ilə Mingəçevir Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın enerji mərkəzi statusunu daha da gücləndirir, ölkənin elektrik enerjisinə olan tələbatının təxminən 40 faizi buradan qarşılanır. Bu layihə Azərbaycan üçün strateji sərmayədir, həmçinin İtaliya və Çin şirkətlərinin bu layihəyə cəlb edilməsi beynəlxalq əməkdaşlığın göstəricisidir.
1880 meqavat gücə malik olan “8 Noyabr” Elektrik Stansiyası Cənubi Qafqazın ən böyük enerji obyektidir. Onun istifadəyə verilməsi ölkənin enerji sisteminin səmərəliliyini artıracaq və Mingəçeviri regionun energetika mərkəzi kimi daha da möhkəmləndirəcək.
Mingəçevirdəki İstilik Elektrik Stansiyasının tarixi 1970-ci illərə gedib çıxır. 1974-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə əsas bloklar tikilib və 1981-ci ildə istismara verilib. Mingəçevirin tarixi energetika mərkəzi kimi zəngindir və burada formalaşmış güclü kadr potensialı ölkəmizin uğurlar əldə etməsinə imkan yaradır. 2018-ci ildə “Azərbaycan” İstilik Elektrik Stansiyasının yenidən qurulmasının təməli qoyulub, 2020-ci il iyunun 25-də stansiyaya yeni həyat verilib.
Təxminən iki il ərzində ərsəyə gələn belə bir nəhəng layihənin qısa müddətdə istifadəyə verilməsi Azərbaycanda mövcud olan energetika bazasının, kadr təcrübəsinin və energetiklərin peşəkarlığının nəticəsidir.
Stansiyanın “8 Noyabr” adını daşıması simvolik məna daşıyır – bu tarix Azərbaycanın şanlı Zəfərinin təcəssümüdür. Cənab prezident İlham Əliyev bu adın seçilməsinin səbəbini də məhz həmin tarixin xalqımız və dövlətimiz üçün müqəddəsliyi ilə izah edib . Sonda cənab Prezident bu stansiyanın ömrünün uzun ,fəaliyyətinin uğurlu olacağına əmin olduğunu qeyd edib.


Maştağa qəsəbəsi 187 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi İlahə Həsənova

Oxşar xəbərlər