
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Müdafiə Nazirliyinin Katibliyinin rəisi olan E. Kazımov ailədə bu rütbəni alan ikinci şəxsdir.
Belə ki, yeni general-mayor hərbi prokurorun sabiq müavini Rasim Kazımovun qardaşıdır. R. Kazımovun özü də general-mayor rütbəsi daşıyır.
Qeyd edək ki, Elnur Kazımov uzun illərdir Müdafiə Nazirliyində müxtəlif rəhbər vəzifələrdə, o cümlədən MN-in Satınalma və təchizat idarəsinin rəisi kimi xidmət edib.