
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin İstintaq Komitəsi yayıb.
Komitənin məlumatına görə, ölkədə hakimiyyətin qanuni yolla dəyişməsinə nail ola bilməyən Qalstanyan 2024-cü ilin noyabrından qeyri-qanuni fəaliyyətlərə hazırlaşmağa başlayıb.
Belə iddia edilir ki, arxiyepiskop bir sıra tərəfdarları ilə əlbir olaraq terror fəaliyyəti və hakimiyyətin ələ keçirilməsi kimi qiymətləndirilə biləcək şəraitin yaradılmasına hazırlıq görüb.
***
“Sputnik Ermənistan”ın məlumatına görə, hazırda polis və Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Qalstanyanın evində axtarış aparır.
Bununla yanaşı, səhər saatlarında “Müqəddəs mübarizə” tərəfdarlarının evində də axtarış aparıldığı qeyd olunub.
***
B.Qalstanyan evində aparılan axtarışlardan sonra Ermənistan MTX tərəfindən saxlanılıb.