
Bununla bağlı Sitat.info-ya İran məhsullarının satışı ilə məşğul olan sahibkarlar məlumat verib. Onların sözlərinə görə, müharibə səbəbindən İranın bütün məhsullarında bahalaşma qaçılmazdır:
"İrandan topdan məhsul gətirənlər müharibəyə görə gedə bilmirlər. Rəsmi heç bir məhdudiyyət olmasa da, idxalçılar qorxurlar... Demək olar ki, tırlar İrandan mal gətirməyi dayandırıblar. Bizə bildirdilər ki, qısa zamanda kəskin bahalaşma qaçılmazdır. Əlimizdə qalan köhnə partiya malları satışa bitmək üzrədir. Növbəti partiya ya olmayacaq, ya da çox baha olacaq. Təxminən 15-20 faiz civarında qiymət artımı var və bunun daha da artacağını demək olar. Onları da qınamaq olmaz. İranda vəziyyət təhlükəlidir, heç kim özünü riskə atıb, tırla gedə bilmir".
Xüsusən də yuyucu vasitələr və qənnadı məmulatlarında daha çox bahalaşma olacaq.
Qeyd edək ki, bu dükanlar ucuzluğu ilə seçilir, xüsusən aztəminatlı əhali təmizlik vasitələrini, quru meyvələri market qiymətlərindən daha aşağı qiymətlə ala bilir.

