
Belə ki, “Eviar” MMC-nin “İvanovka” brendinə məxsus çovdar çörəklərinin qiyməti, habelə “Nömrə 1” çörək zavoduna məxsus bəzi çörək növlərinin qiymətində iki, hətta üçqat bahalaşma var.
Alıcılar bildirirlər ki, həmişə 0.80-1 manat civarında aldıqları qara çörək indi iki manatdan da baha qiymətə mağaza piştaxtalarına qoyulub.
Bizim.media bahalaşmanın səbəbini aydınlaşdırmaq üçün MMC-lərlə əlaqə saxlayıb.
Hər iki çörək zavodundan verilən məlumatda bildirilir ki, pəhriz çörəklərindəki qiymət artımı xammalların bahalaşması ilə bağlıdır:
“Pəhriz çörəklərinin də tərkibinə əla növ un qatılır. Həmçinin bununla yanaşı, çövdar unu və digər məmulatlar da əlavə olunur. Hazırda xammallar bahalaşdığı üçün pəhriz çörəklərinin qiymətində də bahalaşma var”.

