
Bu barədə ABŞ kəşfiyyatının keçmiş zabiti Şumeyker deyib.
Ekspert "Politico" qəzetinə açıqlamasında bildirib ki, ABŞ-ın bunkerə qarşı bombaları təxminən 60 metr dərinliyə qədər nüfuz edə bilir.
Lakin İranın nüvə obyektləri təqribən 90 metr dərinlikdə yerləşir.
“ABŞ İranın nüvə materiallarını belə məhv edə bilməyəcək”, – deyə Şumeyker qeyd edib.
Ekspertin sözlərinə görə, əgər ABŞ ordusu həmin obyektləri vurmağı bacarsa belə, bu, bölgədə “əhatəli kimyəvi çirklənmə” riski yarada bilər və bu çirklənmə küləyin təsiri ilə geniş ərazilərə yayıla bilər.