İstanbulda Rusiya və Ukrayna arasında danışıqlar Bakı vaxtı ilə 11:00-da başlayacaq.“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, danışıqlar Türkiyə prezidentinin Dolmabaxça sarayındakı ofisində baş tutacaq. Görüş mediaya qapalı keçiriləcək. Qeyd edək ki, 2022-ci ilin martında da eyni məkanda iki ölkə arasında danışıqlar baş tutub.