Milli Məclis Bəyanat qəbul etdi

Milli Məclis Bəyanat qəbul etdi Milli Məclis “Konstitusiya və Suverenlik İli” ilə bağlı Bəyanat qəbul edib.

Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda bu gün keçirdiyi xüsusi iclasda bildirib.

Bəyanat mətnini deputat Bəhruz Məhərrəmov səsləndirib.

Bəyanatda deyilir:

“Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi mühüm siyasi əhəmiyyət və rəmzi məna daşımaqla, dövlətin hüquqi əsaslarla ərazi bütövlüyü və suverenliyi arasında qırılmaz bağlar olduğunu nümayiş etdirir. Bu Sərəncam xalqımızın və dövlətimizin Konstitusiya və suverenlik prinsiplərinə sadiqliyini bir daha təsdiq edir, ölkəmizin öz dəyərləri və mirasına əsaslanaraq qlobal çağırışlara cavab vermək əzmini nümayiş etdirir.

Milli Məclis son 32 ildə Ümummilli Lider Heydər Əliyevin dövlətçilik konsepsiyasının həyata keçirilməsi yolunda əldə edilmiş uğurların, xüsusən ilk Konstitusiyamızın qəbul edilməsinin, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunmasının tarixi əhəmiyyətini qeyd edir”.

Bəyanat səsə qoyularaq qəbul edilib.

Oxşar xəbərlər