
Yer üzündə insandan çox şeytan var.
El- obaya elə fitnə atdılar,
Üstümüzü tufan, duman, çən aldı,
Biz bilirik ayrılığı kim saldı.
Falçılar aldatdı xalqı pirlərlə,
Dindarlar topladı pulu tirlərlə.
Aslanlarsa dil tapmadı şirlərlə,
Tülkülər, çaqqallar artdı, çoxaldı,
Biz bilirik ayrılığı kim saldı.
Hiyləliklə milləti aldatdılar,
Ortallığa qızıl, gümüş atdılar.
Başımızı alver ilə qatdılar,
Sərvət artdıqca insanlıq azaldı,
Biz bilirik ayrılığı kim saldı.
Çoxu uydu ən ucuz şan- şöhrətə,
Heç kimə qalmayan mal, var- dövlətə.
Lənət olsun hər işğalçı dövlətə,
Zalımlarda nə namus, nə ar qaldı,
Biz bilirik ayrılığı kim saldı.
Haqlı olsan, haqq səndən, haqq səndən olar razı,
Bir millətə sərhəd etmə Arazi.
Cəhənnəmə qalsın düşmən narazı,
Qarabağda ordumuz zəfər çaldı,
Biz bilirik ayrılığı kim saldı.
Təbrizdir ürəyi Azərbaycanın,
Dərbənddir damarı bütöv bir canın,
Gözü yolda qalıbdı İrəvanın,
Qaraxanla qovuşmağa az qaldı,
Biz bilirik ayrılığı kim saldı.