Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan çıxışında ölkəsinin Türkiyə ilə münasibətlərin yekun tənzimlənməsində maraqlı olduğunu bəyan edib.Mirzoyan Ermənistan–Türkiyə dialoqunda müəyyən irəliləyişin mövcud olduğunu vurğulayıb.
Nazirin sözlərinə görə, sərhədlərin tam açılması, diplomatik münasibətlərin qurulması və dəmir yolu əlaqəsinin bərpası təkcə İrəvan və Ankara arasında deyil, bütövlükdə region üçün mühüm əhəmiyyət daşıyır. O bildirib ki, bu proseslər regional sabitliyin möhkəmlənməsinə, iqtisadi əməkdaşlığın genişlənməsinə və ticarət-logistika imkanlarının artmasına şərait yarada bilər.
Mirzoyan əlavə edib ki, Ermənistan bu istiqamətdə dialoqu davam etdirmək niyyətindədir və atılacaq addımların Cənubi Qafqazda uzunmüddətli sabitliyə töhfə verəcəyinə ümid edir.