Nigar Şəbnəmi yenə ələ saldı

Nigar Şəbnəmi yenə ələ saldı Müğənni Nigar Camal yenə Şəbnəm Tovuzluya söz atıb. “Eurovision- 2011” qalibi Şəbnəmin bir neçə ay bundan əvvəl “Avropanın paytaxtı Amerikadır” deməsini məsxərəyə qoyub.

Nigar sosial şəbəkədə foto paylaşaraq “London Böyük Britaniyanın paytaxtıdır” şərhini yazıb və gülüş işarəsi qoyub. Bundan sonra instaqram istifadəçiləri şəklə rəy yazaraq Nigarın Şəbnəmə söz atdığını bildirib və Tovuzlunu yenidən tənqid ediblər.

Xatırladaq ki, Nigar bir müddət əvvəl “Gucci” kəmərini tərs taxan Şəbnəmə söz atmış, tərəflər arasında qalmaqal yaranmışdı.

Nigar Şəbnəmi yenə ələ saldı

Oxşar xəbərlər