"Avant Group" Yasamalda ağacları kəsib, 100 min ziyan vurub - Baş Prokurorluqda cinayət işi başlandı

Yasamal rayonunda ağaclar kəsilib.

milli.az məlumatına görə, Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsi 241 ünvanında "Avant Group" tikinti şirkəti tərəfindən ağaclar qanunsuz formada kəsilib və təbiətə 117 060 manat məbləğində ziyan vurulub.

Faktla bağlı Baş Prokurorluqda araşdırma aparılıb.

Müəyyən olunub ki, ağaclar sözügedən şirkət tərəfindən kəsilib və təbiətə 100 min manatdan artıq ziyan vurulub.

Faktla bağlı cinayət işi başlanıb.

Qeyd edək ki, daha əvvəl Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən faktla bağlı akt tərtib edilmişdi.

Oxşar xəbərlər