ETSN Ucarda 36 ağac kəsilməsi faktını aşkarlayıb

ETSN Ucarda 36 ağac kəsilməsi faktını aşkarlayıb Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı Ucar rayonu Xələç kəndinin ərazisində yaşköküstə 4-24 sm diametrliyində 36 ədəd müxtəlif cinsli ağacın kəsildiyi aşkar olunub.
Bu barədə "Ölkə.Az"a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.
Araşdırma zamanı ağacların Ucar rayon sakini Səfər Məmmədov tərəfindən kəsildiyi və təbiətə 5010 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbir görülməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Oxşar xəbərlər