Trampı ölümlə hədələyən şəxs həbs edildi

Trampı ölümlə hədələyən şəxs həbs edildi Federal Təhqiqatlar Bürosu (FTB) ABŞ Prezidenti Donald Trampı və ölkə rəsmilərini öldürməklə hədələyən Pensilvaniya sakini Şon Monper adlı şəxsi həbs edib.

“Reuters” xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 32 yaşlı Monper yutubda hədələr səsləndirib:

“Pensilvaniya ştatının Butler şəhərinin sakini Şon Moper Prezident Donald Trampa, Hökumətin Səmərəliliyi İdarəsinin (DOGE) rəhbəri İlon Maska, digər ABŞ rəsmilərinə, eləcə də ABŞ İmmiqrasiya və Gömrük Mühafizə Xidmətinin əməkdaşlarına hücum və onu öldürməklə hədələməkdə ittiham olunur”.

Araşdırma zamanı məlum olub ki, yanvarın 20-də Trampın andiçmə mərasimindən az sonra Monper odlu silah alıb.

O, aprelin 9-da həbs edilib və dörd maddə ilə ittiham olunub.

Oxşar xəbərlər