İrandan Trampa hədə: Qisas alınacaq, başına güllə vurulacaq

İrandan Trampa hədə: Qisas alınacaq, başına güllə vurulacaq İranda ultra-mühafizəkar qəzet Qasım Süleymaninin qisasını almaq üçün ABŞ prezidenti Donald Trampı öldürməklə hədələdikdən sonra tənqidlərə səbəb olub.

İranda ultra-mühafizəkar Hüseyn Şəriətmədari tərəfindən idarə olunan dövlətə məxsus “Keyhan” qəzetində dərc olunan məqaləsində ABŞ prezidenti Donald Trampı sui-qəsdlə hədələyib.

Məqalə müəllifi Trampın ünvanına bu günlərdə Süleymaninin qisasını almaq üçün "boş başına" güllə vuracağı ilə hədələyib.

Trampa sui-qəsdlə hədələyən ultra-mühafizəkar qəzet ölkədə tənqidlərə səbəb olub.

Mətbuat Nəzarət Şurası isə qəzeti İranın maraqlarına və təhlükəsizliyinə zidd olan məzmun dərc etdiyinə görə xəbərdar etdiyini və ölkə administrasiyasının Süleymaniyə qarşı sui-qəsdin beynəlxalq məhkəmədə mühakimə olunmasını təmin etmək olduğunu bəyan edib.

İrandan Trampa hədə: Qisas alınacaq, başına güllə vurulacaq

Oxşar xəbərlər