Bəkir Yusifov: Milli Dəyərlərimizin və Böyük Zəfərin Tərənnümü

Bəkir Yusifov: Milli Dəyərlərimizin və Böyük Zəfərin Tərənnümü Azərbaycanın ən strateji sahələrindən olan neft və qaz sənayesində çalışan minlərlə insanın hüquqlarının qorunması, əməyin mühafizəsi, təhlükəsiz iş şəraitinin təmin edilməsi üçün böyük zəhmət sərf edən peşəkar kadrlardan biri də Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Əməyin mühafizəsi şöbəsinin mütəxəssisi Bəkir Yusifovdur.

Peşəkar Fəaliyyət və Sədaqət
Bəkir Yusifov uzun illərdir ki, əmək hüquqlarının qorunması istiqamətində peşəkar fəaliyyət göstərir. Neft və qaz sahəsində çalışan minlərlə insanın iş şəraitinin yaxşılaşdırılması, onların sağlam və təhlükəsiz mühitdə çalışması üçün mütəmadi olaraq monitorinqlər aparır, əməyin mühafizəsi ilə bağlı maarifləndirici tədbirlərin keçirilməsinə rəhbərlik edir.

Onun bilik və bacarığı, bu sahəyə olan xüsusi yanaşması onu həmkarları arasında nüfuzlu və hörmətli şəxsə çevirib. Bəkir Yusifov daim çalışır ki, işçilərin hüquqları qorunsun, onların qarşılaşdığı problemlər vaxtında aradan qaldırılsın.

Xeyirxahlığı və Sosial Fəallığı ilə Sevilən İnsandır
Bəkir Yusifov təkcə peşəkar fəaliyyətində deyil, sosial sahədə də aktivliyi ilə seçilir. Şəhid ailələrinə və qazilərə daim xüsusi diqqət və qayğı göstərən Bəkir Yusifov, onların problemləri ilə maraqlanır, ehtiyac olduqda dəstəyini əsirgəmir. Eyni zamanda, Ramazan ayında aztəminatlı ailələrə yardımlar edir, onların sevinci və duası ilə qürur duyur.

Novruz Bayramı Təbriyi
Bəkir Yusifov qarşıdan gələn Novruz bayramı münasibətilə bütün neft və qaz sənayesi işçilərini, ümumilikdə Azərbaycan xalqını səmimi qəlbdən təbrik edir. O arzulayır ki, bu bayram hər evə ruzi-bərəkət, firavanlıq və sağlamlıq gətirsin.

Sonda
Bu gün Bəkir Yusifov öz peşəkarlığı, zəhmətkeşliyi və humanistliyi ilə fərqlənir. O, Azərbaycan neft və qaz sənayesi işçilərinin etibar etdiyi, güvəndiyi peşəkar mütəxəssislərdən biridir. Bütün fəaliyyəti isə bir amal üçün çalışmaqdır: "Əmək insanının hüquqları daim qorunmalı, iş şəraiti isə təhlükəsiz olmalıdır!"

Uğurlarınız bol olsun, Bəkir müəllim!



Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Əməyin mühafizəsi şöbəsinin mütəxəssisi Bəkir Yusifov - Azərbaycan xalqının milli-mənəvi dəyərləri arasında Novruz bayramının özünəməxsus yeri var. Baharın gəlişi, torpağın oyanması dövrünə təsadüf edən bu bayram xalqımız tərəfindən həmişə böyük sevgi ilə qeyd edilib, inancları nəsillərdən nəsillərə ötürülüb.

Novruz bayramının əsas xüsusiyyətlərindən biri cəmiyyəti birləşdirərək ümumi dəyərlərə və ənənələrə olan bağlılığı gücləndirməsidir: “Novruz bəşəriyyətin ümumi dəyərlərinə - sülhə, dostluğa və həmrəyliyə xidmət edir, bu xüsusiyyətləri ilə insanların birliyini və həmrəyliyini əks etdirən yüksək mənəvi dəyərlərin təcəssümüdür. Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, “...Bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır”.

Novruz bayramının UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilməsi və bununla da beynəlxalq səviyyədə rəsmən tanınması Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük səyləri nəticəsində baş tutub:

"Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i "Beynəlxalq Novruz Günü” elan olunub. 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin növbəti Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli (Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb. Bu qərarın qəbul olunmasında Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevin müstəsna rolu və əməyi olub. 2016-cı ildə isə İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulublar. Novruz bayramı həm də Azərbaycan xalqının çoxçalarlı incəsənətinin güzgüsüdür və milli mədəniyyətimizdə sülh, mehriban qonşuluq və tolerantlıq kimi ümumbəşəri dəyərlərə sadiqliyin tarixi təcəssümüdür”.

Novruz həm də xeyrin şər üzərində qələbəsini simvollaşdırır: “Biz 2020-ci ildə bu simvolu həyatımızda, Zəfər tariximizdə yaşadıq. Hələ 1998-ci ildə müstəqil Azərbaycanın Prezidenti Heydər Əliyev demişdi: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır”. Bu gün Azərbaycan xalqı öz ali hədəfinə çatıb. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Şanlı Zəfərdən sonra dövlət başçısının iştirakı ilə Novruz bayramı həm də işğaldan azad edilmiş ərazilərdə - 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, 2023-cü ildə Talışda və 2024-cü ildə Xankəndidə qeyd edildi. Bu ilin martın 18-də isə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdərə rayonunun Həsənriz kəndində buraya köçən bir qrup sakinlə görüşüb, fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar. Dövlət başçımız və birinci xanım kənd sakinləri ilə birlikdə Novruz tonqalını alovlandırıblar. Bu xoşbəxtliyi bizə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu bəxş etdi və bundan sonra əbədi olaraq Novruz doğma Vətənimizin bütün ərazisində böyük coşqu və təntənə ilə qeyd olunacaq”.

Oxşar xəbərlər