Bəkir Yusifov: Novruz bayramı milli birlik və həmrəyliyimizin rəmzinə çevrilib

Bəkir Yusifov: Novruz bayramı milli birlik və həmrəyliyimizin rəmzinə çevrilib Fədakar Əmək Mühafizəçisi – Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Əməyin Mühafizəsi Şöbəsinin Mütəxəssisi Bəkir Yusifov

Azərbaycanın sənaye sektorunda, xüsusilə neft və qaz sənayesində zəhmətkeşlərin hüquqlarının qorunması, onların sağlam və təhlükəsiz əmək şəraitində çalışması üçün fədakar insanlar çalışır. Bu sahədə öz peşəkarlığı və yüksək insani keyfiyyətləri ilə seçilən şəxslərdən biri də Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Əməyin Mühafizəsi Şöbəsinin mütəxəssisi Bəkir Yusifovdur.

Peşəkarlıq və Fədakarlıq Nümunəsi
Bəkir Yusifov uzun illərdir ki, neft və qaz sənayesində çalışan işçilərin hüquqlarının müdafiəsi, onların sağlam və təhlükəsiz iş şəraitinin təmin olunması istiqamətində əzmlə fəaliyyət göstərir. O, əmək qanunvericiliyini dərindən bilən, həmkarlar ittifaqı hərəkatının fəal üzvü kimi hər zaman işçilərin yanında olan, onların haqlı tələblərinin yerinə yetirilməsinə çalışan bir peşəkar kimi tanınır.

Əmək mühafizəsi sahəsində bilik və təcrübəsi ilə seçilən Bəkir Yusifov, daim istehsalat müəssisələrində monitorinqlər aparır, əməyin mühafizəsi qaydalarının yerinə yetirilməsinə nəzarət edir, işçilərlə maarifləndirici görüşlər keçirərək onları hüquqları barədə məlumatlandırır. O, işçilərin sağlamlığının qorunmasını prioritet hesab edir və bu sahədə daim yüksək məsuliyyət nümayiş etdirir.

Sosial Həmrəylik və Şəhid Ailələrinə Qayğı
Bəkir Yusifov hər zaman sosial həssas təbəqənin, xüsusilə şəhid ailələrinin və qazilərin yanında olan ziyalı və humanist insandır. O, şəhid ailələrinə, qazilərə göstərilən dövlət qayğısına dəstək olaraq daim onların problemləri ilə maraqlanır, hər zaman mənəvi dəstəyini əsirgəmir. Bəkir Yusifovun bu nümunəvi davranışı həmkarlar ittifaqı dəyərlərinə və insani prinsiplərə olan sadiqliyinin bariz nümunəsidir.

Ramazan Ayında Xeyirxah Əməllər
Müqəddəs Ramazan ayında aztəminatlı ailələrə dəstək göstərmək, paylaşmaq və yardımlaşmaq Bəkir Yusifovun həyat prinsiplərindən biridir. Hər il bu ayda ehtiyacı olan ailələrə yardım aksiyalarında fəal iştirak edən Bəkir Yusifov, xeyirxahlıq nümunəsi göstərərək həm iş yoldaşlarına, həm də ətrafındakı insanlara dəstək olmağa çalışır.

Torpaq Çərşənbəsi və Baharın Gəlişi Münasibətilə Təbrik
Torpaq Çərşənbəsi münasibətilə Bəkir Yusifov Azərbaycan xalqını səmimi qəlbdən təbrik edərək bildirir ki, bu bayram torpağın oyanışı, yeni həyatın başlanğıcı və bərəkətin təcəssümüdür. O, xalqımıza bol ruzi, firavanlıq və xoşbəxtlik arzulayır, dövlətimizin daha da güclənməsi üçün hər kəsi birliyə və həmrəyliyə çağırır.

Dövlətə və Prezident İlham Əliyevin Siyasətinə Sadiqlik
Bəkir Yusifov Prezident cənab İlham Əliyevin uğurlu sosial siyasətini daim dəstəkləyir, ölkədə həyata keçirilən sosial islahatların işçilərin hüquqlarının daha da gücləndirilməsinə xidmət etdiyini vurğulayır. O, həmkarlar ittifaqı hərəkatının dövlətin sosial siyasətinə dəstək verən əsas sütunlardan biri olduğunu hər zaman önə çəkir.

Sonda
Bəkir Yusifov öz peşə fəaliyyəti, vətəndaşlıq mövqeyi və yüksək mənəvi dəyərləri ilə Azərbaycan neft və qaz sənayesində çalışan işçilərin hörmət və ehtiramını qazanıb. Onun əməyin mühafizəsi sahəsində göstərdiyi xidmətlər dövlətə, xalqa və işçi hüquqlarına olan sadiqliyinin bariz nümunəsidir.

Allah xalqımıza firavanlıq, dövlətimizə isə əmin-amanlıq bəxş etsin!

Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Əməyin mühafizəsi şöbəsinin mütəxəssisi Bəkir Yusifov - Novruz ümumxalq bayramı kimi uzun əsrlərdən bəri Azərbaycan xalqının milli adət-ənənələrini, yüksək mənəvi-əxlaqi dəyərlərini, zəngin irsini özündə əks etdirərək milli yaddaşında və həyatında öz layiqli yerini tutmuşdur. Bu el bayramı keçmişlə müasirliyin simvoluna çevrilməklə xalqımızın öz tarixi-mədəni irsinə yüksək ehtiramını, dərin bağlılığını nümayiş etdirir.

Novruz bayramı bütün ictimai-siyasi dövr və mərhələlərdə milli birlik, humanizm və həmrəyliyimizin möhkəm rəmzinə çevrilmişdir. Bu əziz bayram günlərində düşüncə və baxışlarından asılı olmayaraq ictimaiyyətin bütün üzvləri xoş niyyət nümayiş etdirərək Norvuzun barışdırıcılıq və sülh məramına sığınır.

Ulu Öndər Heydər Əliyev qeyd edirdi ki, Novruzda siyasi baxışlarından, siyasi dünyagörüşündən asılı olmayaraq hamı bayram edir. “Bayramın bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır”.

Bəkir Yusifov: Novruz bayramı milli birlik və həmrəyliyimizin rəmzinə çevrilib


Ümummilli Liderimiz ötən əsrdə sovet ideologiyasının qadağalarına baxmayaraq, Novruz bayramının milli xalq bayramı səviyyəsində keçirilməsi üçün böyük əmək sərf etmiş, bayramın milli dirçəlişimizdəki yerini və əhəmiyyətini nəzərə alaraq milli ideologiyamızın dərin sütunlarından biri kimi əbədiliyinin qorunub saxlanmasında əvəzsiz xidmətlər göstərmişdir. Ötən əsrin 70-ci illərində Novruz bayramı məhz Ulu Öndərin xeyir-duası ilə qeyd olunmağa başlandı, dövlət televiziyasında el şənliklərinə dair reportajlar yayımlandı. Eyni zamanda, Novruz bayramı həmin illərdə ədəbi-bədii əsərlərdə geniş tərənnüm tapdı, filmlərdə, incəsənət əsərlərində təbliği genişləndi. Novruz haqqında bəstəkarlarımız müxtəlif mahnılar yazdı, “Novruzun çələngi” və “Ocaq” kimi Azərbaycan filmləri çəkildi. Beləliklə, o çətin dövrdə Novruz Azərbaycan xalqının mili yaddaşında və şüurunda bağlılığını möhkəmləndirdi.

Xalqımızın milli özünüdərk hadisəsinin güclənməsində müstəsna rol oynayan Novruz bayramı müstəqilliyini bərpa edən suveren Azərbaycan dövlətinin ən sevimli bayramlarından biri kimi əsl ümumxalq ənənəsinə çevrildi. Ümummilli Lider Heydər Əliyevin birbaşa tapşırığı ilə Novruz dövlət səviyyəsində ən yüksək səviyyədə qeyd edilməyə başlandı. Ulu Öndərin özü hər il Novruz şənliklərinə qatılaraq bu əziz günlərdə xalqın arasında olar, bayram münasibətilə təşkil olunan təntənəli tədbirlərdə iştirak edib, sadə insanlarlarla səmimi söhbətlər edər, xalqımıza xeyir-dua verərdi. Bu, xalqımızın birlik və həmrəylinin daha da möhkəmlənməsində güclü siyasi-ideoloji təsir göstərirdi.

Heydər Əliyevin yaşatdığı və inkişaf etdirdiyi zəngin milli ənənəni davam etdirən Prezident İlham Əliyev Novruz bayramını xalqımızın milli ideyasını gücləndirən hadisə kimi mütəmadi diqqətdə saxlayır, hər bayramda xalqımızı təbrik edir, bayram ərəfəsində minlərlə ailəni sevindirir.

Novruz milli siyasi ideologiya kimi xalqımızın sıx birlik və həmrəyliyini möhkəmləndirməklə ən ali məqsədimiz olan torpaqlarımızın düşmən tapdağından azad olunmasında da rəmzi məna daşımışdır.

Xalqımız hər il Novruz bayramında, İlaxır çərşənbədə niyyət tutaraq Qarabağın azad edilməsini dua edirdi. Nəhayət o müqəddəs gün xalqımıza qismət oldu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Ulu Öndərin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Heydər Əliyevin 1996-cı il martın 21-də Qoşa Qala qapısı önündə Novruz şənliyində çıxışı zamanı dərin inamla söylədiyi “Biz torpaqlarımızın azadlığını, ərazi bütövlüyümüzü təmin edəcəyik, müstəqil Azərbaycanın hüdudlarını bərpa edəcəyik” arzusu yerinə yetirildi.

Yenilməz Sərkərdənin rəhbərliyi ilə qəhrəman ordumuz torpaqlarımızı erməni işğalından azad edərək bu torpaqlara da Novruz müjdəsini gətirdi. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra cənab İlham Əliyev ailə üzvləri ilə birgə qələbəmizin ən ali zirvəsi olan Şuşada ilk Novruz tonqalını alovlandırdı, Cıdır düzündən xalqımızı təbrik edərək ən sevincli ürək sözlərini çatdırdı. Cənab Prezident növbəti Novruz bayramını 2022-ci ildə Suqovuşanda qeyd edərək ən xoş duyğularını xalqımızla bölüşdü. Dövlət başçısı 2023-cü il martın 18-də Talışda olaraq üçüncü dəfə Qarabağdan Novruz təbriklərini xalqımıza ünvanladı.

Prezident İlham Əliyevin azad ərazilərdə xoş ənənəyə çevrilən növbəti ‒ dördüncü təbrik ünvanı Xankəndi oldu, 2024-cü il martın 18-də Xankəndidə Novruz tonqalı alovlandı. Bu, Azərbaycan dövlətinin və xalqının öz ərazi bütövlüyünü tam təmin etdikdən sonra ən əziz və xoş günləri, qürurverici anları kimi yadda qaldı.

Novruz bayramı bolluq, bərəkət və xeyirxahlıq rəmzidir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti çox hörmətli Mehriban xanım Əliyeva Novruz bayramında xalqımıza ən xoş duyğularını çatdırır, aztəminatlı ailələrə və digər həssas kateqoriyadan olan ailələrə bayram sovqatları göndərilir.

2007-ci il Novruz bayramı ərəfəsində Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “Hərəmiz bir ağac əkək” kampaniyası başlamış, aksiya Novruzun atributlarından olan Ana təbiətin oyanmasında, ətraf mühitin sağlamlaşdırılmasında mühüm rol oynayıb.

Novruz həm də dünyanın ən zəngin mədəni irsi, salnaməsidir. Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahıya daxil edilib. 2009-cu il oktyabrın 2-də Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 4-cü sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli nominasiya kimi adıçəkilən siyahıya salınıb. 2010-cu il fevralın 23-də BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub.

Oxşar xəbərlər