Yüksək mənəviyyat bayramı olan Novruz bayramı bütün bəşəriyyətin mənəvi dəyəridir

Yüksək mənəviyyat bayramı olan Novruz bayramı bütün bəşəriyyətin mənəvi dəyəridir “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir. Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! gözünüz aydın olsun dünya azərbaycanlıları!”
Bəli, bu gün azərbaycanlılar çox xoşbəxtdirlər. Çünki Ali Baş Komandanımızın yürütdüyü mükəmməl siyasət nəticəsində tarixi qələbənin sevincini yaşayırlar. Və artıq yazın gəlişini daha ürəklə,sevinclə,nisgilsiz qeyd edirlər. Artıq Novruzumuz Qarabağlı Novruzdur.
“Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şüşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, ağdamda, Füzilidə, Cəbrayılda, zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram,bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm”.
Ulu Öndər, Müzəffər ali Baş Komandan sizin vəsiyyətinizi yerinə yetirdi. Artıq bu il ikinci ildir ki, Azərbaycan tarixi torpaqlarında Novruz bayramını qeyd edir. Bu gün Qarabağ torpağı yazın gəlişi ilə bir başqa cür canlanır, Xarıbülbül daha şux açır, quşlar daha şən cəh-cəh vurur. Çünki darıxdığı Novruz adət-ənənələri bu torpaqlarda əvvəlki kimi həyata keçirilir.
Məhz Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bnayramı UNESCO tərəfindən “Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ” siyahısına daxil edilib.
Yüksək mənəviyyat bayramı olan Novruz bayramı bütün bəşəriyyətin mənəvi dəyəridir.

Maştağa qəsəbəsi, 128 nömrəli tam orta məktəbin
fizika müəllimi Sevinc Fətullayeva

Oxşar xəbərlər