![Ermənistan-Türkiyə sərhədi açılır - Tarix](https://olke.az/photo/770x415/2025/02/11/1739260233_turkiye-ermenistan.jpg)
Bu barədə erməni mediasına diplomatik mənbələrdən məlumat verilib.
Bildirilir ki, Ermənistanla Türkiyə sərhədində keçid məntəqəsinin açılışı martın 1-nə planlaşdırılır.
Eyni zamanda, nəzarət-buraxılış məntəqəsinin Ermənistan Milli Təhlükəsizlik Xidmətinin qüvvələri tərəfindən mühafizə olunması nəzərdə tutulur.
Əvvəllər bildirilib ki, Ermənistanla Türkiyə arasında sərhədin birinci mərhələdə üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılması planlaşdırılır.