Matəm günü reklam verən kanallar cəzalanacaq - SİYAHI

Matəm günü reklam verən kanallar cəzalanacaq - SİYAHI “Sonra da deyirlər ki, Şura bizi cərimələdi”

Dekabrın 6-da Azərbaycanda matəm günü elan olunmasına baxmayaraq, ölkənin bəzi televiziya kanalları efirdə reklam yayınlayıb.

Bunu Milli Televiziya və Radio Şurasının monitorinq şöbəsinin sədri Təvəkkül Dadaşov facebook hesabında qeyd edib.

O, bildirib ki, reklam yayımlanması halı ANS və "Space" televiziyalarında müşahidə olunub:

“Reklam yayımı haqqında Qanunun 20.8-ci maddəsində göstərilib ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən elan olunmuş matəm günlərində teleradio proqramlarında reklam yayımlanması qadağandır. Amma Space TV-nin efirində şadlıq saraylarının, ANS-də isə mayenez, monstr kuklaları və s. reklamı yayımlanır.

Mənə elə gəlir ki, bəlkə də kanallar bunu bilərəkdən eləmir. Məhz pis tərəfi də budur. Çünki kanallarda bu işlərə cavabdeh olanların bir çoxu qanunları bilmir, sonra da deyirlər ki, Şura bizi cərimələdi”.

Matəm günü reklam verən kanallar cəzalanacaq - SİYAHI

Oxşar xəbərlər