
Türkiyə mətbuatı xəbər verir ki, "Grand Kartal" otelində yaşanan faciədən sonra bu ölkədə 1 günlük matəm elan edilib.
Hadisə nəticəsində ölənlərdən 14-nün eyni ailənin üzvləri olduğu məlum olub.
Belə ki, yanğın günü oteldə qonaq olan 238 nəfər arasında Türkiyə Hava Yollarının əmədaşı Zehra Sena Gültekin və ailəsi də olub.
Sena Gültekin məktəblər tətilə buraxıldığı üçün həyat yoldaşı, 3 uşağı və digər 9 ailə üzvü ilə birlikdə Kartalkayaya yollanıb.
Türkiyə mətbuatının yazdığına görə, yanğın nəticəsində sözügedən 14 nəfərin hamısı ölüb.
S.Gültekinin ysnğın bşladıqdan sonra anasına zəng edərək halallıq istədiyi üzə çıxıb.

