Kaliforniyada yanğın tullantılarının utilizasiyası üçün yarım il lazım gələcək

Kaliforniyada yanğın tullantılarının utilizasiyası üçün yarım il lazım gələcək Cənubi Kaliforniyadakı kütləvi meşə yanğınlarının yaratdığı tullantıların və yanğının digər nəticələrinin təmizlənməsi azı yarım il çəkəcək.

“Report” xəbər verir ki, bu barədə CNN-ə ABŞ Federal Fövqəladə Halların İdarə Olunması Agentliyinin (FEMA) nümayəndəsi Diann Krisvell məlumat verib.

Onun sözlərinə görə, FEMA həmçinin təmizləmə üzrə işlərin maliyyə tərəfini tam qarşılayacaq.

“Əraziləri zibil və tullantılardan, eləcə də yanğınların digər nəticələrindən təmizlənməsi üçün altı aydan çox vaxt lazım olacaq”, - o deyib və əlavə edib ki, bu müddətdən sonra da nəticələrin aradan qaldırılması istiqamətində işlər davam etdiriləcək.

Oxşar xəbərlər